Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-10-30
Azərbaycan Respublikasının Baş Prokurorluğunda MDB müşahidə missiyası qərargahının rəhbəri ilə görüş olmuşdur

       Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə səfəri çərçivəsində MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 29-da Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşmüşdür.
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan hərtərəfli islahatlar, demokratik və tam şəffaf prosedurlar əsasında seçkilərin keçirilməsi üçün mütərəqqi qanunvericilik bazasının mövcud olması, ölkə vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi üçün bütün əsasların yaradılmasını xüsusi vurğulayan Baş prokurorun birinci müavini Milli Məclisə keçiriləcək seçkilərlə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.
       MDB ilə əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirən Yevgeni Sloboda müşahidə missiyası üçün lazımi şəraitin yaradıldığına görə təşəkkürünü bildirmiş, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətini qeyd etmişdir.
       Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş və faydalı fikir mübadiləsi aparılmışdır.