Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-11-19
Çin Xalq Respublikası vətəndaşının iş yerində istehsalat xəsarəti alaraq ölməsi faktı üzrə cinayət işi başlanmışdır

15 noyabr 2010-cu il tarixdə saat 13:00 radələrində Qaradağ Rayon Polis İdarəsinin növbətçi hissəsindən "Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən "CBMİ" şirkətində mühəndis  işləmiş, 1967-ci ildə Çin Xalq Respublikasının Jiangsu şəhərində anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu,  Salyan şossesinin 16-cı kilometrində yerləşən yataqxanada yaşamış Quan Zhengquanın şirkətin quraşdırma emalatxanasında işləyərkən 7 mm qalınlığında, 8,5x3  metr ölçülü dəmir təbəqənin  üstünə aşması nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılması və saat 17:00-da  orada ölməsi  barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Qaradağ rayon şöbəsinə göndərilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış və Quan Zhengquanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Hazırda rayon prokurorluğunda iş üzrə istintaq  davam etdirilir.