Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-12-14
Azərbaycan Respublikası Baş Prokurorluğu 2011-ci ildə mal-materialların və avadanlıqların satın alınması ilə əlaqədar Açıq tender elan edir

 

Azərbaycan Respublikası Baş Prokurorluğu


2011-ci ildə mal-materialların və avadanlıqların


satın alınması ilə əlaqədar


Açıq
 tender elan edir



Tender
 7 (yeddilot üzrə keçirilir:


Lot - 1. Ofis və kabinet mebellərinin satın alınması

Lot - 2. Kompüter texnikasının satın alıması

Lot - 3. Tikinti materiallarının satın alınması

Lot - 4. Geyim formasının satın alınması

Lot - 5. Dəftərxana ləvazimatlarının satın alınması

Lot - 6. Təsərrüfat mallarının satın alınması

Lot - 7. Kompüter və kserokslar üçün köməkçi materialların satın        alınması


Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.


Malların təchiz olunma müddəti - il ərzində


Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi,iddiaçının maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğin iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu  Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvandan (Əlaqələndirici şəxs: Hüseynov Natiq Əlabbas oğlu, telefon:492-04-95) ala bilərlər,


Təşkilat: MN DXA-nin 1 saylı Xəzinədarlıq departamenti        (Azərbaycan Respublikası Baş Prokurorluğu; VÖEN      1700354471)

H/h:33205019449328518204  VÖEN:  1700986181
Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı

Kodu: 805722 VÖEN: 9900001881

M/h: 0137010002944 S.W.I.F.T: İBAZ.AZ.2X


İştirak haqqı heç bir halda geri qaytarılmır.



İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müracət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifinin dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır).
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatlan;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 mart 2011-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 17  mart  2011-ci  il saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 18 mart 2011-ci  il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.



TENDER KOMİSSİYASI