Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-11-25
Yol nəqliyyat hadisəsi törədən sürücü tutulmuşdur

Noyabrın 24-də, saat 14:30 radələrində Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi atasına məxsus “VAZ-1043” markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı  avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. 

Faktla bağlı  Neftçala rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.