Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-02-11
Azərbaycanın və Macarıstanın hüquq mühafizə orqanlarının əməkdaşlığı üçün yaxşı zəmin var

   Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
    Görüşdə Xanlar Vəliyev qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyətini tənzimləyən hüquqi bazanın yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsinin hüquq mühafizə orqanları arasında əməkdaşlığın inkişafına yaxşı zəmin yaratdığını vurğulamışdır. 
    X.Vəliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, terror aksiyaları, hərbi prokurorluq tərəfindən görülmüş işlərdən də danışmışdır. 
    A.Kovaç Azərbaycana səfəri çərçivəsində prokurorluq orqanları arasında əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini bildirmişdir. O, Azərbaycanın hərbi prokurorunu bu ilin sentyabrında Budapeştdə keçiriləcək hərbi cinayət hüququ üzrə X Beynəlxalq konfransa dəvət etmişdir.

    Macarıstanın hərbi prokuroru Azərbaycana səfəri çərçivəsində Quba məzarlığında da olmuşdur.