Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-02-18
Lənkəran rayon sakini Həsənəli Həsənovun ölüm faktı Baş Prokurorluqda araşdırılır

    16 fevral 2011-ci il tarixdə Lənkəran rayonunun Hirkan qəsəbə sakini Həsənova Qıztamam Qafar qızı Lənkəran rayon prokurorluğuna teleqram vuraraq özünün, ərinin və oğlunun rayon prokuroru tərəfindən qəbul edilməsini xahiş etmişdir.

 

    Fevralın 17-də Qıztamam Həsənova, əri - 1934-cü ildə anadan olmuş Həsənəli Qurbanəli oğlu Həsənov və oğlu Salman Həsənov rayon prokuroru Ramiz Nəbiyev tərəfindən prokurorluğun müfəttişi İlqar Qasımovun iştirakı ilə qəbul edilmişdir.

 

    Qıztamam Həsənova şikayət ərizəsini rayon prokuroruna təqdim edən zaman əri oturduğu yerdə ürəyini tutaraq oğlu Salman Həsənov tərəfə yıxılmışdır.

 

    Rayon prokuroru Ramiz Nəbiyev tərəfindən dərhal təcili yardım stansiyasına zəng edilərək həkim dəvət olunsa da, onun həyatını xilas etmək mümkün olmamışdır.

 

    Meyit daxili müayinə aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilmişdir.

 

    İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, Həsənəli Həsənov sağlığında ürək xəstəliyindən əziyyət çəkməklə, uzun müddət həkim nəzarəti altında ambulator müalicə almışdır. Bundan başqa, mərhumun arvadı Qıztamam Həsənova və oğlu Salman Həsənov izahatlarında Həsənəli Həsənovun xəstəliyi ilə əlaqədar öldüyünü bildirmiş və bununla bağlı heç bir şikayətlərinin olmamasını göstərmişlər. 

 

    Hazırda faktla bağlı Baş Prokurorluqda araşdırmalar davam etdirilir.