Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-04-22
"Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları üzrə beynəlxalq standartların tətbiqi" adlı iki günlük seminar keçirilmişdir

 
    Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun dəstəyi ilə 2011-ci ilin aprel ayının  20 və 21-də Elm-Tədris Mərkəzində 30 nəfər prokurorluq əməkdaşı üçün "Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları üzrə beynəlxalq standartların tətbiqi" adlı iki günlük seminar keçirmişdir. 


     Seminarda Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə eksperti Milyana Visentin, həmin Fondun Cənubi Qafqaz üzrə məsləhətçisi Falk Bomsdorf, Almaniya Federal İnzibati məhkəməsinin istefada olan hakimi Otto Mallmann, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, 
Azərbaycan Respublikasının Avropa Məhkəməsi yanındakı səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Hüquq müdafiəçisi, vətəndaşların əmək hüquqlarının müdafiə liqasının sədri Sahib Məmmədov proqrama uyğun olaraq müvafiq məruzələrlə çıxışlar etmişlər. 


     Məruzələr "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və Azərbaycan Respublikasının Konstitusiyasında onun yeri", "Ədalətli məhkəmə araqşdırması hüququnun standartları (Məhkəməyə müraciət etmək hüququ, açıq məhkəmə araşdırması hüququ, müstəqil və qərəzsiz məhkəmə): Avropa Konvensiyasının 6-cı maddəsi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi, Azərbaycan qanunvericiliyi və məhkəmə təcrübəsi ilə müqayisəli təhlil", "Ədalətli məhkəmə araşdırması hüququnun digər standartları (Təqsirsizlik prezumsiyası, məhkəmə qərarlarının icrası və digər standartlar)", "Yerli məhkəmə qərarlarının icra edilməməsi, Avropa Şurası ölkələrinin qabaqcıl təcrübəsinin təhlili", "Konvensiyadakı hüquqlara müdaxilənin standartları: hüquqilik, qanuni məqsədəuyğunluq, müvafiq proporsional AİHM təcrübəsi", "Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsində effektli hüquq müdafiə vasitələri hüqüqü", "Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburi qüvvəsi və icrası", "Ədalətli məhkəmə araşdırması hüququnun standartları (Tərəflərin bərabərliyi və çəkişməsi prinsipi, şahidlərin çağırılmasını və dindirilməsini tələb etmək hüququ) Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsi ilə bağlı təcrübəsi, Azərbaycan qanunvericiliyi və məhkəmə təcrübəsi ilə müqayisəli analiz, "Ədalətli məhkəmə araşdırması hüququnun standartları (hüquqi yardımla təmin olunmaq hüququ)" mövzularına həsr olunmuşdur.


     Tədbirin təşkilatçıları tərəfindən iştirakçılara insan hüquq və azadlıqlarının müdafiəsi sahəsinə aid olan zəruri ədəbiyyat, jurnal, broşur və kompakt disklər təqdim edilmişdir. Bununla yanaşı digər prokurorluq əməkdaşlarının da həmin ədəbiyyatlardan istifadə etmələri üçün kitablardan Elm-Tədris Mərkəzinin kitabxanasına hədiyyə verilmişdir. 

     Tədbirin təşkilatçıları, habelə xarici nümayəndələrlə gələcəkdə birgə layihələr üzərində işlənilməsi ilə əlaqədar müzakirələr aparılmış, əməkdaşlıq edilməsi sahəsində müxtəlif təkliflər verilmişdir.

     Tədbirdə Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli,  həmin konfederasiyanın başkatibi Nadir Adilov iştirak etmişlər.