Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-05-06
Respublika Prokurorluğunda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
     Mayın 6-da Respublika Prokurorluğunda müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

     AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə, ümummilli liderin Respublika Prokurorluğunun inzibati binasındakı büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Respublika Prokurorluğunun Tarix muzeyində davam etmişdir. 

     Baş prokuror Zakir Qaralov tədbirdə məruzə ilə çıxış etmiş, ulu öndərin həyat və fəaliyyətindən, prokurorluq, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşməsindəki xidmətlərindən, bu sahəyə yetirdiyi diqqət və qayğıdan danışmış, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

     Sonra iştirakçılar, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.