Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-06-16
Cinayət törətmiş şəxs könüllü olaraq özünü polisə təqdim etmişdir

     15 iyun 2011-ci il tarixdə  saat 24 radələrində 1982-ci il təvəllüdlü  Cəlilabad rayonunun Xəlilli kənd sakini Şükürov Şənlik Kamal oğlu yaşadığı evin həyətində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi və qohumu Şükürov İxtiyar Müzəffər oğlunu özündə olan bıçaqla bədəninin müxtəlif nahiyələrinə, həmçinin mişar daşı ilə isə başına çoxsaylı zərbələr vuraraq qəsdən öldürmüş və Cəlilabad rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat vermiş, eyni zamanda cinayətin aləti olan bıçağı təqdim etmişdir.

     Daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

     Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

     Ş.Şükürov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf etmişdir.

     Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.