11 iyul 2011-ci il tarixdə, saat 23:00 radələrində Bərdə rayon Kələntərli kənd sakini, 1941-ci ildə anadan olmuş Rzayev Mərkəz Salman oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı oğlu, 1976-cı ildə anadan olmuş Elşən Rzayevə yaşadığı evdə üstündə gəzdirdiyi bıçaqla xəsarət yetirmiş və nəticədə sonuncu aldığı xəsarətlərdən Bərdə şəhər Mərkəzi xəstəxanasında ölmüşdür.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Mərkəz Rzayev tutularaq istintaqa cəlb edilmişdir. M.Rzayev tutulan zaman cinayətin aləti olan bıçağı təqdim etmiş və şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf etmişdir.