Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-07-29
Xaçmaz rayonunda adam öldürən şəxs şübhəli şəxs qismində tutulmuşdur

   29 iyul 2011-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhər sakini, 1992-ci ildə anadan olmuş Camallı Saqi Səxavət oğlu Xaçmaz rayonunun Nabran kəndində yerləşən "Lotos" istirahət mərkəzinin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1991-ci ildə anadan olmuş Xaşmaz rayonunun Nabran kənd sakini İlyasbekov Faid Abrik oğluna bıçaqla xəsarət yetirmiş, nəticədə sonuncu aldığı xəsarətdən Xudat rayon xəstəxanasında ölmüşdür. 

 

     Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

 

     Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Saqi Camallı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

     Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.