Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-07-29
Yevlax rayonunda bacısının ərini öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir

    28 iyul 2011-ci il tarixdə, saat 15:00 radələrində 1982-ci il təvəllüdlü Tərtər rayon sakini Nəsirov Vüsal Alı oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bacısının əri, 1980-ci il təvəllüdlü Musayev Rəşad Süleyman oğlunu Yevlax rayonunun Hürüuşağı kəndindəki yaşadığı evində bıçaqla bir neçə dəfə vurmuş və nəticədə sonuncu aldığı xəsarətlərdən Mingəçevir şəhər xəstəxanasına aparılarkən yolda ölmüşdür.

 

    Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

 

    Faktla bağlı Yevlax rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. V.Nəsirov təqsirini boynuna almaqla könüllü olaraq özünü istintaqa təqdim etmiş və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.