Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-11-03
Azərbaycan Respublikasının Baş Prokurorluğu açıq tender elan edir

Tender 5 (beşlot üzrə keçirilir:

        Lot-1. Zaqatala Hərbi Prokurorluğunun inzibati binasının tikintisinin satın alınması

        Lot-2. Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasının fasadının əsaslı təmirinin satın alınması

        Lot-3. Zaqatala Rayon Prokurorluğunun inzibati binasının əsaslı təmirinin satın alınması

        Lot-4. Ağdaş Rayon Prokurorluğunun inzibati binasının əsaslı təmirinin satın alınması

        Lot-5. Gəncə Şəhər Prokurorluğunun inzibati binasının tikintisinin layihələndirilmə işlərinin satın alınması

    Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.

    Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, iddiaçının maliyyə vəziyyətinə.

    Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

    Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 manat iştirak haqqını   göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvanından (Əlaqələndirici şəxs:Hüseynov Natiq Əlabbas oğlu, telefon:492-04-95) ala bilərlər.

 

Təşkilat: MN DXA-nin 1 saylı Xəzinədarlıq Departamenti (Azərbaycan  

                 Respublikası Baş Prokurorluğu; VÖEN: 1700354471)

                 H/h: 33205019449328518204; VÖEN: 1700986181

                 Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı

                 Kodu: 805722; VÖEN: 9900001881

                 M/h: 0137010002944; S.W.I.F.T: İBAZ.AZ.2X

 

 

          İştirak haqqı heç bir halda geri qaytarılmır.

       İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

-         tenderdə iştirak etmək üçün yazılı müraciət;

-         iddiaçının tikinti quraşdırma işlərinin aparılması hüququnu təsdiq edən xüsusi razılığın (lisenziyanın)surəti;

-         iddiaçının layihələndirilmə işlərinin aparılması hüququnu təsdiq edən xüsusi razılığın (lisenziyanın) surəti;

-    tenderdə  iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-         tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

-         tender təklifinin dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

-         Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; 

-         iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-         iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-         iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-   iddiaçının görəcəyi işlərə dair zəmanət məktubu.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib   olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 20 dekabr 2011-ci il, saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 dekabr 2011-ci il, saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş Prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 30 dekabr 2011-ci il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

TENDER KOMİSSİYASI