Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-01-12
Uzun müddət bağlı qalan ağır cinayətin üstü açılmışdır

     16 aprel 2006-cı il tarixdə Gəncə şəhəri, 1-ci mikrorayon yaxınlığındakı bağ sahəsində 1983-cü il təvəllüdlü, Gəncə şəhər sakini Rüstəmova Gülgəz Məhərrəm qızının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.

 

     Faktla bağlı 17 aprel 2006-ci il tarixdə Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən işin icraatı dayandırılmışdır.

 

     9 yanvar 2012-ci il tarixdə Məlikova Kəmalə Məhəmməd qızı polis orqanlarına müraciət edərək, Gülgəz Rüstəmovanın əri Məlikov Ceyhun İlyas oğlu tərəfindən öldürülməsini bildirmişdir.

 

     Bundan sonra cinayət işinin icraatı təzələnmiş və aparılan istintaqla müəyyən edilmişdir ki, 16 aprel 2006-cı il tarixdə saat 21:00 radələrində Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Ceyhun Məlikov yuxarıda qeyd edilən ünvanda tanışı Gülgəz Rüstəmova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən öldürmək məqsədilə bağdan götürdüyü bellə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirməklə onu qəsdən öldürmüşdür.

 

     10 yanvar 2012-ci il tarixdə Gəncə şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ceyhun  Məlikov tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.