Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-01-21
Abşeron rayonunda törədilmiş qətlin üstü isti izlərlə açılmışdır

    1982-ci il təvəllüdlü İmanov Bayram Şavaqat oğlunun döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Respublika Kliniki Xəstəxanasına daxil olması   və aldığı xəsarətdən orada ölməsi faktına görə Abşeron rayon prokurorluğunda 18 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1988-ci il təvəllüdlü Hüseynov Elgün Müxtəsər oğlu tərəfindən törədilməsi müəyyən edilmişdir. 
    İstintaqla həmçinin müəyyən edilmişdir ki, yanvarın 18-də saat 08:30 radələrində Abşeron rayonu, Görədil qəsəbəsi, Yeni yaşayış massivi ərazisində inşa edilməkdə olan evin həyətində yardımçı tikilidə Elgün Hüseynov tanışı - Bayram İmanova şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla döş qəfəsinə xəsarət yetirmiş və sonuncu Respublika Kliniki Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdır.
    Cinayəti törətməkdə şübhəli bilinən E.Hüseynov elə həmin gün tutularaq istintaqa cəlb edilmiş və yanvarın 20-də ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.