Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-01-23
Paytaxtda ağır qətl törətmiş şəxs tutulmuşdur

    19 yanvar 2012-ci il tarixdə saat 20:00 radələrində  1969-cu il təvəllüdlü Əliyev Şahin Qəzənfər oğlu Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 11 saylı ünvanda yerləşən yaşayış binasının yaxınlığında şəxsi münasibətlər zəminində  aralarında yaranmış mübahisə zamanı  üzərində olan bıçaqla qeyri-rəsmi nikahda olduğu 1967-ci il təvəllüdlü Əsədova Aygün Qafar qızının bədən səthinin müxtəlif nahiyyələrinə qəsdən çoxsaylı kəsici-deşici xəsarətlər yetirmişdir. Sonra o, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət edərək Aygün Əsədovanı xəstəxanaya yerləşdirmiş, lakin sonuncu aldığı xəsrətlərdən orada ölmüşdür. 
    Fakta görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.