Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-01-31
Prokurorluq əməkdaşları Kiyev şəhərində keçirilən seminarda iştirak etmişlər

     26-27 yanvar 2012-ci il tarixlərdə Kiyev şəhərində "Korrupsiya hüquqpozmalarının istintaqı və cinayət təqibi məsələləri üzrə tədris proqramlarının  hazırlanması və təşkili" mövzusunda seminar keçirilmişdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təkilatının  Şərqi Avropa  və Mərkəzi Asiya üçün  korrupsiyaya qarşı  mübarizə şəbəkəsi tərəfindən  GUAM ölkələri üçün  həyata keçirilən layihə çərçivəsində  təşkil edilmiş tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Vüqar Əliyev və prokurorluğun digər əməkdaşları təmsil etmişlər. Seminarda  Vüqar Əliyev və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Orxan  İsayev "Tədrisin həyata keçirilməsi metodologiyası: mühazirə, seminar məşğələləri, interaktiv metodlardan istifadə - Azərbaycan təcrübəsi" mövzusunda çıxış etmişlər.

 

      Tədrisin ənənəvi və interaktiv metodları, habelə  Azərbaycan Respublikasında prokurorluq işçilərinin nəzəri bilik və peşə səviyyəsinin obyektiv meyarlar əsasında müəyyənləşdirilməsində tətbiq olunan yeniliklər, "İmtahan" informasiya  sistemi barədə məlumatlar tədbir iştirakçılarının marağına səbəb olmuşdur.