Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-02-01
Masallı rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur

      31 yanvar 2012-ci il tarixdə saat 18:00 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində fəaliyyət göstərən "Palıd" adlı yeməkxananın işçiləri - 1989-cu il təvəllüdlü Heydərov Murad Məhərrəm oğlu ilə 1970-ci il təvəllüdlü Zeynalov Əli Soltan oğlu arasında baş vermiş münaqişə zamanı sonuncu mətbəxdən götürdüyü bıçaqla M.Heydərovun döş qəfəsinə vurmaqla ona xəsarət yetirmişdir. M.Heydərov Masallı rayon Mərkəzi xəstəxanasına aparılarkən yolda aldığı xəsarətdən ölmüşdür. Ə.Zeynalov isə könüllü rayon polis şöbəsinə gələrək təslim olmuşdur.
     Fakta görə həmin tarixdə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
      Cinayəti törətməkdə şübhəli bilinən Ə.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
      Hazırda cinayət işi üzrə istintaq davam edir.