Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-02-13
Binəqədi rayonunda qətl törətmiş şəxs tutulmuşdur

     13 fevral 2012-ci il tarixdə saat 02:00 radələrində Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Yeni Yol küçəsi 16 saylı ünvanda yerləşən ikimərtəbəli evin ikinci mərtəbəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşayan 1979-cu il təvəllüdlü Babayev Müslüm Bəxtiyar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin evin birinci mərtəbəsində kirayədə yaşamış 1980-ci il təvəllüdlü Mikayılov Xosrov Dostalı oğluna mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürmüşdür. Mübahisə zamanı özü də xəsarət almış Müslüm Babayev xəstəxanaya müraciət etmiş və ona müvafiq tibbi yardım göstərilmişdir.

     Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq məhkəmə-tibbi, kompleks kriminalistik və bioloji ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

    Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq- əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Müslüm Babayev tutularaq istintaqa cəlb olunmuş və sonuncu ifadəsində törətdiyi cinayət əməlini etiraf etmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.