Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-02-15
Şəmkir rayonunda qətl hadisəsi baş vermişdir
   Fevralın 14-də saat 21:30 radələrində Şəmkir şəhər sakinləri - 1983-cü il təvəllüdlü İbrahimov Elxan Elnur oğlu ilə 1985-ci il təvəllüdlü Əsgərov Xəqani Daşdəmir oğlu arasında Şəmkir şəhərində yerləşən "Qoşa Çinar" şadlıq sarayının qarşısında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu üstündə gəzdirdiyi bıçaqla Elxan İbrahimovu vuraraq qəsdən öldürmüşdür.

    Fakta görə Şəmkir rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və zəruri istintaq hərəkətləri həyata keçirilir.

 

    Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xəqani Əsgərov tutularaq istintaqa cəlb olunmuşdur.

 

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.