Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-02-16
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev 01-03 fevral 2012-ci il tarixlərdə Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi konfransda iştirak etmişdir

Korrupsiya tedbir

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev 01-03 fevral 2012-ci il tarixlərdə Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi "Bandalar, silahlar və xuliqanlıq" mövzusunda konfransda iştirak etmişdir. 
    Konfransın əsas məqsədi son zamanlar Avropada baş vermiş bəzi dəhşətli zorakılıq cinayətlərinin öyrənilməsi olmuşdur. Belə ki, konfransda ötən il Londanda törədilmiş kütləvi iğtişaşların, Norveçdə baş vermiş terror zamanı insanların qətlə yetirilməsinin səbəbləri, hüquq mühafizə orqanları və məhkəmələr tərəfindən görülmüş tədbirlər müzakirə edilmişdir.
    Konfransda K.Əliyev "Postsovet düvründə zorakılıq cinayətləri" mövzusunda çıxışı zamanı, müstəqillik dövründə zorakılıq cinayətlərinin tendensiyası, statistik məlumatlar və zorakılıq cinayətləri ilə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
    Səfər çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Derk Kuipers və qurumun Kommunikasiya meneceri xanım Janne Holst Hübnerlə aparılmış danışıqlar zamanı xanım J.Hübnerin 26-28 fevral 2012-ci il tarixlərdə Azərbaycan Respublikasına işgüzar səfəri barədə razılıq əldə olunmuşdur.