Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-02-27
Azərbaycan Respublikası Baş Prokurorluğu 2012-ci ildə inventarların, mal-materialların, avadanlıqların, iş və xidmətlərin satın alınması ilə əlaqədar açıq tender elan edir.

Tender 11 (on bir) lot üzrə keçirilir:

     Lot - 1. Ofis və kabinet mebellərinin satın alınması;

     Lot - 2. Kompüter texnikasının satın alıması;

     Lot - 3. Geyim formasının satın alınması;

     Lot - 4. Dəftərxana ləvazimatlarının satın alınması;

     Lot - 5. Təsərrüfat mallarının satın alınması;

     Lot - 6. Tikinti materiallarının satın alınması;

     Lot - 7 .Sabunçu rayon prokurorluğunun inzibati binasının tikintisinin satın alınması;

     Lot - 8. Yasamal rayon prokurorluğunun inzibati binasının tikintisinin satın alınması;

     Lot-9. Azərbaycan Respublikası Baş prokurorluğunun inzibati binalarında isitmə,soyutma sisteminin yenidən qurulmasının satın alınması;

     Lot-10. Serverlərin və proqram təminatının satın alınması;

     Lot-11. Azərbaycan Respublikası Prokurorluğu orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək daxili şəbəkənin   çəkilişinin satın alınması.

     Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.Malların təchiz olunma müddəti - il ərzində

     Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maliyyə vəziyyəti.

     Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

     Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu  Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvandan (Əlaqələndirici şəxs: Atakişiyev Atif Səyyadoviç,  telefon:492-98-94) ala bilərlər.

Təşkilat: MN DXA-nin 1 saylı Xəzinədarlıq departamenti (Azərbaycan Respublikası Baş Prokurorluğu; VÖEN    1700354471)

     H/h:33205019449328518204  VÖEN:  1700986181

     Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı

     Kodu: 805722 VÖEN: 9900001881

     M/h: 0137010002944 S.W.I.F.T: İBAZ.AZ.2X

     İştirak haqqı heç bir halda geri qaytarılmır.

     İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

     - tenderdə iştirak etmək üçün yazılı müracət;

     - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

     - tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

     - tender təklifinin dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır).

     - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;

     - iddiaçının   son   bir  ildəki   fəaliyyəti   haqqında   vergi   orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

     - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

     - İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

     - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

     Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

     Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

     İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 aprel 2012-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 23 aprel 2012-ci  il saat 17.00-a qədər, Azərbaycan  Respublikasının Baş prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.

     Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

     İddiaçıların təklifləri 24 aprel 2012-ci  il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

     İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI