Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-02-28
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəliyyət Planı çərçivəsində təşkil olunmuş Monitorinq İclasında iştirak etmişlər

   korrupsiya monitoringAzərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və idarənin böyük prokuroru Elnur Musayev 22-24 fevral 2012-ci il tarixlərdə Parisdə keçirilmiş Azərbaycan Respublikasının iştirakçısı olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəliyyət Planı çərçivəsində növbəti Monitorinq İclasında iştirak etmişlər.

    İclasın əsas sessiyasında OECD-nin Azərbaycan Respublikası üzrə Milli Koordinatoru Kamran Əliyev hesabatla çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizin siyasi rəhbərliyi tərəfindən həyata keçirilmiş qanunvericilik və institusional tədbirlər, habelə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış cinayət təqibi barədə ətraflı məlumat vermişdir.

    Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən ingilis dilində hazırlanmış "Azərbaycanda hüquq mühafizə üsulları ilə korrupsiyaya qarşı mübarizə" adlı kitabın təqdimatı keçirilmişdir. Həmin vəsait iştirakçı dövətlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının nümayəndələrinin böyük marağına səbəb olmuşdur.

    Tədbirin son sessiyasında İstanbul Fəliyyət Planının (İFP) 2012-ci il, habelə 2013-2015-ci illər üçün fəaliyyət proqramı müzakirə edilərək üzv ölkələr tərəfindən bəyənilmişdir.