Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-02
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq daha da genişlənir

     Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğun təşkilati üzvü və iki yüzdən artıq prokurorluq əməkdaşının fərdi üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının məsul əməkdaşı xanım Yanne Holst Hübner 27 fevral - 01 mart 2012-ci il tarixlərdə Bakıda işgüzar səfərdə olmuşdur.

     Səfər çərçıvəsində xanım Hübner Baş Prokurorluğun, tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirmişdir. Həmin görüşlər zamanı ölkəmizin bu nüfuzlu təşkilata daha sıx inteqrasiyası, eləcə də prokurorluqlar arsındakı əməkdaşlığa əhəmiyyətli töhfəsi xüsusi qiymətləndirilmişdir. Assosiasiyanın materiallarının BMT-nin rəsmi dillərindən olan rus dilində yayımlanması üçün Azərbaycan Prokurorluğu tərəfindən görülən işlərə yüksək dəyər verilmişdir.

     Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi kimi mühüm sahələrdə Beynəlxalq Prokurorlar Assosiasiyasının rolunun gücləndirilməsi, bu istiqamətdə daha fəallıq göstərilməsinin zəruriliyi xüsusi vurğulanmış, eyni zamanda beynəlxalq səviyyədə prokurorlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi, bunun üçün lazımi virtual şəraitin təşkil olunmasına dair müzakirələr öz səmərəli nəticələrini vermişdir. Belə ki, BPA-ya üzv olan prokurorluq əməkdaşları birbaşa həmin beynəlxalq təşkilatın internet səhifələrinə daxil olmaq və internet resurslarından bəhrələnmək imkanlarını əldə etmişlər.

      Xanım Hübnerin səfəri zamanı 70-dən artıq prokurorluq əməkdaşı Beynəlxalq Prokurorlar Assosiasiyasına fəxri üzv qəbul olunmuşdur.