Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-07
“161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanmışdır

     Vətəndaş Emil Xasməmmədovun "RoyalBank" ASC-nin Tovuz filialından saxta sənədlər əsasında adına kredit götürülməsi barədə "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Vüqar Qurbanov  "Royalbank" ASC-nin Tovuz filialının sabiq müdiri Ədalət Müseyibov ilə cinayət əlaqəsinə girərək E.Xasməmmədovun şəxsiyyət vəsiqəsinin surətinin onlarda olduğundan istifadə etməklə sonuncunun adına saxta kredit müqaviləsi tərtib edərək həmin filialdan 1.500 manat nağd pul şəklində kredit götürmüşlər.

     Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və onlardan istifadə etmə) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.