Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-13
Saxta sənədlərlə banklardan külli miqdarda kredit götürmüş şəxslər ifşa olunmuşdur

     Bir qrup şəxsin saxta sənədlərdən istifadə etməklə müxtəlif banklardan külli miqdarda kredit götürmələri faktı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə vətəndaşlardan daxil olmuş müraciətlər araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Ramiz  Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma idarəsinin və digər dövlət təşkilatlarının möhür və ştampları vurulmuş kənar şəxslərin güya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklardan 100.000 manatdan artıq kredit götürmüşlər.

      Fakta görə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1,  320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.