Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-15
“161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanmışdır

    Bakı şəhər sakini Əliyev Elçin Behbud oğlunun Badamdar qəsəbəsi ərazisində torpaq sahəsi almaq üçün Elşən Quliyev adlı şəxsə 29.500 ABŞ dolları verməsi, sonradan ona verilən sənədin saxta olmasını müəyyən etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Elşən Quliyev Səbail bələdiyyəsi tərəfindən Tofiq Həmidov adlı şəxsin adına heç bir sənədləşdirmə aparılmadığı halda sonuncunun adına verilmiş sərəncam və digər sənədlər əsasında Elçin Əliyevə torpaq sahəsi satması ilə əlaqədar ondan 29.500 ABŞ dolları məbləğində pul almışdır.

     Toplanmış material üzrə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutan  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.