Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-27
Turizm fəaliyyəti ilə məşğul olan müəssisənin əməkdaşının qanunsuz əməlləri ifşa olunmuşdur
      "Qlobal" Məhdud Məsuliyyətli Müəssisənin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanın qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Elnarə İsmayılovanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti üzrə aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Aynurə Quliyeva Elnarə İsmayılovaya "Şengen" vizasının əldə edilməsi üçün 2.200 manat tələb olunduğunu bildirərək, həmin pulun 1.800 manatını sonuncudan almaqla onun adına iş yeri və bankda hesabın olması barədə saxta arayışlar tərtib edib həmin sənədləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim etmişdir.

     Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.