Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-03-31
Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi MMC-də baş vermiş partlayışla bağlı cinayət işi başlanmışdır

  Martın 30-da, saat 11:00 radələrində Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətdə baş vermiş partlayış nəticəsində müəssisənin çilingəri Pərviz Cabbarovun ölməsi, usta Cüma Süleymanovun isə xəsarət alması barədə şəhər Polis Şöbəsindən daxil olmuş məlumat əsasında şəhər prokuroru və prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibb eksperti və polis əməkdaşlarının iştirakı ilə  hadisə yeri və meyitə baxış keçirilmişdir.

    Fakta görə həmin tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə texniki təhlükəsizlik, məhkəmə-tibb ekspertizaları təyin olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

    İlkin araşdırmalarla müəyyən edilmişdir ki, MMC-nin derevasiya qalareyasında aparılan təmir işləri zamanı içərisində bitum olan qab partlamış, nəticədə Pərviz Cabbarov hadisə yerində ölmüş, bədən xəsarəti alan Cüma Süleymanov isə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.