Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-04-02
Bələdiyyə sədri və müavini cinayət başında yaxalanmışlar

    Bakı şəhər sakininin Binə bələdiyyəsinin sədri Babaxan İsayevin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilmişdir.

     29 mart 2012-ci il tarixdə bələdiyyənin sədri Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə satılan torpaq sahəsi üçün vətəndaşdan 4.400 manat pulu rüşvət kimi qəbul edib, onun tanışının adına fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsinin ayrılması barədə 1 iyul 2000-ci ildə ləğv edilmiş Hövsan südçülük sovxozunun direktorunun adından verilmiş 9 dekabr 2000-ci il tarixli saxta əmrdən çıxarışı təqdim edən zaman cinayət başında yaxalanmışlar.

    Adı çəkilən şəxslərin yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri "Su təsərrüfatı" kiçik müəssisəsinin, 1 â„–-li mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülmüşdür.

   Törətdikləri cinayət əməllərinə görə Babaxan İsayev və Əlisa Panayevə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.