Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-04-04
Ticarət və Xidmət departamentinin əməkdaşının cinayət əməli ifşa edilmişdir

     Bakı şəhər sakini Baş prokuror ya­nın­da Korrupsiyaya qarşı mü­barizə ida­­rəsinin "161 - Qaynar xətt" əlaqə mər­kəzinə müraciət edə­rək,  Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət departamentinin məsləhətçisi İsmayılov Hüseyn İsmayıl oğlunun alkoqollu içkilərin və tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə tərtib olunmuş protokola əsasən inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması və müvafiq lisenziyanın ləğv edilməməsi üçün ondan rüşvət tələb etdiyini bildirmişdir.

     Aprelin 3-də idarəinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseyn İsmayılov həmin şəxsdən  300 manatı rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.

     H.İsmayılovun üzərinə baxış keçirilərkən müxtəlif ticarət obyektlərinin adı göstərilən və qarşısında müəyyən məbləğlərdə pul vəsaitləri yazılmış qeydiyyat vərəqələri aşkar edilərək götürülmüşdür.

     Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Hüseyn İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirlir.