Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-04-12
Nəsimi rayon Qaz istismarı idarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

    Bakı şəhəri, Nəsimi rayon Qaz istismarı idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş təqdimat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

    Müəyyən edilmişdir ki, "Azəriqaz" İstehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə edilmiş təbii qaza görə Nəsimi rayon Qaz istismarı idarəsinə yaranmış 295.724 manat əsas borc məbləğinin ödənilməsini tələb etmişdir.

    Həmin müraciət 1 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apellyasiya məhkəmələrində araşdırılarkən Nəsimi rayon Qaz istismarı idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktların saxtalaşdırılaraq institutun əsas borc məbləğinin 33.531 manat olduğu halda 295.724 manat kimi göstərilməsi müəyyən edilmişdir.

    Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.