Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-04-13
Balakən rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin direktor müavini rüşvət alarkən cinayət başında tutulmuşdur

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin direktor müavini Əliyev Əfqan Tahir oğlunun qanunsuz hərəkətləri barədə Balakən rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Əfqan Əliyev ünvanlı dövlət sosial yardımı ayrılması barədə müraciət edən Balakən rayon sakinin adına yardımın təyini və ödənilməsi üçün ondan 400 manat rüşvət tələb etmişdir. Bundan sonra o, həmin puldan 200 manatını almaqla, cinayət əməlini davam etdirərək 10 aprel 2012-ci il tarixdə tələb etdiyi məbləğin verilməmiş qalan 200 manatını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

     Ə.Əliyevin xidməti otağına baxış keçirilərkən otaqdan iş üçün əhəmiyyət kəsb edən plastik kartların uçotu jurnalı və digər sənədlər aşkar edilərək götürülmüşdür.

    Törətdiyi cinayət əməlinə görə Əfqan Əliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Ə.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.