Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-05-24
“Ukrayna Azərbaycanlıları Konqresi”nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın baş prokuroru Viktor Pşonkaya müraciət olunmuşdur

    Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov "Ukrayna Azərbaycanlıları Konqresi"nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun 9 may 2012-ci il tarixdə Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar Ukraynanın Baş prokuroru Viktor Pşonkaya müraciət etmişdir.

    Müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatçılıq doğurması qeyd olunmaqla Ukrayna hüquq mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunmuşdur.

     Azərbaycan Baş Prokurorluğu Ukraynanın səlahiyyətli orqanlarına cinayət işi üzrə istintaqa lazımi köməklik göstərməyə hazır olduğunu bildirmişdir.