Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-05-25
Baş Prokurorluqda mülki müdafiə üzrə məşğələ keçirilmişdir

  Mayın 25-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin tədbirlər planına müvafiq olaraq mülki müdafiə üzrə məşğələ keçirilmişdir.

     Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirin keçirilməsində məqsəd fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, bu sahədə prokurorluq orqanları əməkdaşlarının hazırlıq səviyyəsinin müəyyən edilməsi, onların fiziki hazırlığının və biliklərinin artırılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olmuşdur.

     Tədbirdə qəza-xilasetmə sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş və məşğələ iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Sonda FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi əməkdaşlarının qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilmişdir.