Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-05
Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı Moskva şəhərində keçirilən Birinci Avroasiya antikorrupsiya forumunda iştirak etmişdir

     Mayın 30-31-də  Moskva şəhərində Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Birinci Avroasiya Antikorrupsiya Forumu və forum çərçivəsində gənc hüquqşünas alimlər üçün "Korrupsiyaya qarşı mübarizədə hüquqi innovasiyalar" mövzusunda VII Beynəlxalq tədbir keçirilmişdir.

     Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan Respublikası, Malayziya və Çin Xalq Respublikasının dövlət qurumlarının, hüquqşünas alimlərin və hüquq ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev təmsil etmişdir.

     P.Quliyev Forumdakı çıxışında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilmiş islahatlar, o cümlədən mütərəqqi qanunların qəbul edilməsi, qanunvericiliyin ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması, Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Fəaliyyət Planının  icrası ilə bağlı görülmüş işlər, habelə Baş prokuror yanında   Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir.

     Tədbirdə Birinci Avrasiya Antikorrupsiya Forumunun deklorasiyası qəbul edilmişdir.