Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-11
Ölümlə nəticələnən yol hərəkəti qaydalarını pozmuş sürücü cinayət məsuliyyətinə cəlb olunmuşdur

     İyunun 8-də saat 16:40 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan "VAZ 2107" markalı 10 MN 839 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılov Hüseyn Rəfayıl oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Polis Xidməti Alayının inspektorları Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmamış və yol hərəkəti qaydalarını pozmaqda davam etmişdir. Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə Böyük Şör şössesində xidmət aparan digər YPX-nin əməkdaşlarına xüsusi rabitə vasitəsi ilə bu barədə məlumat vermişlər. H.İsmayılov avtomobili daha yüksək surətlə idarə edərək onu saxlamaq üçün yolun kənarında dayanmış YPX-nin əməkdaşı Mehman Kərimovu vuraraq onu həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoymaqla hadisə yerindən qaçmışdır. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

     Fakta görə həmin tarixdə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264 (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanmışdır.

     Rayon prokurorluğu  və  rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılov şübhəli şəxs qismində tutulmuşdur.

     H.İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən  maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda iş üzrə istintaq davam etdirilir.