Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-12
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olmuşlar

     İyunun 12-də Baş prokuror Zakir Qaralov ölkəmizə səfər proqramı çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.

     Görüşdə Baş prokuror  Azərbaycan Respublikasının Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirərək, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması barədə ətraflı məlumat vermişdir.

     İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulamışdır.

     AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən həmməruzəçilər ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə xidmət edən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndirərək, Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiklərini və bu sahədə zəruri köməklik göstərməyə hazır olduqlarını vurğuladılar.

     Görüşdə səmərəli fikir mübadiləsi aparılmış və maraq doğuran suallar cavablandırılmışdır.