Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-13
Baş Prokurorluğun nümayəndəsi beynəlxalq simpoziumda iştirak etmişdir

İyunun 7-8-də İstanbul şəhərində "İnsan hüquqları standartlarının səmərəli yerinə yetirilməsi kontekstində qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

 

28 dövlətdən 240-dək nümayəndənin iştirak etdiyi tədbirdə qadınlara qarşı zorakılığın konseptual və sosioloji aspektləri, bu kimi halların hüquqi tənzimlənməsinin hazırkı vəziyyəti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qadınlara qarşı zorakılıqla mübarizə sahəsində presedent hüququ və bir sıra digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

 

Simpoziumda Azərbaycan Respublikası Prokurorluğunu Baş prokurorun köməkçisi Günay İsmayılova təmsil etmişdir.