Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-25
Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı cinayət başında yaxalanmışdır

     Bakı şəhər sakininin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin  18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Quliyev Səməd Dadaş oğlunun ondan yaşadığı evin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsinə görə rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, S.Quliyev ona müraciət etmiş Bakı şəhər sakinindən yaşadığı evin özəlləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə təqdim edilməsi üçün tələb olunan yaşayış evinin plan ölçüsü və 2 saylı formanın verilməsindən ötrü 1000 manat pul tələb etmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Quliyev iyunun 21-də xidməti otağında 500 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.

     Fakta görə S.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. S.Quliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

      Hazırda iş üzrə istintaq davam etdirilir.