Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-29
Azərbaycan nümayəndə heyəti Belarus Respublikası Prokurorluğunun 90 illik yubileyində iştirak etmişdir

     Cari il iyunun 25-27-də Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində Belarus Respublikası Prokurorluğunun yaranmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir.

     Tədbirdə Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova Baş Prokurorluqlarının, MDB iştirakçı dövlətlərinin İcraiyyə Komitəsinin, habelə bir sıra digər dövlət qurumlarının nümayəndə heyətləri iştirak etmişlər.

     Yubileylə əlaqədar Belarus Respublikasının Baş prokuroru Aleksandr Konyukun sədrliyi ilə geniş  tərkibli iclas keçirilmiş, habelə rəsmi ziyafət və digər  bayram tədbirləri təşkil olunmuşdur.