Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-06-30
Gəncə Kərpic zavodunda baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlanmışdır

     İyunun 30-da "Avia-Ekologiya" Məhdud Məsuliyyətli Cəmiyyətin Gəncə Kərpic zavodunda qaynaqçı işləyən Əliyev Asif Cumalı oğlunun torpaq-gil qarışdıran avadanlığın valına düşərək ölməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumatla əlaqədar prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

      İlkin araşdırmalarla müəyyən edilmişdir ki, 1960-cı il təvəllüdlü, Goranboy rayonunun Ağamalıoğlu kənd sakini A.Əliyev iyunun 30-da gecə saat 02 radələrində torpaq-gil qarışdıran avadanlığın üzərində təmir işləri apararkən işlək vəziyyətdə olan həmin avadanlığın valına düşərək çoxsaylı bədən xəsarətləri alaraq ölmüşdür.

      Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.