Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-02
Özünü iş icraçısı kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa edilmişdir

     Şamaxı rayon sakini Əsgərov Pərvin Pərviz oğlunun Hüseynov Ramiz Məmmədəli oğlu tərəfindən aldadılaraq pulunun mənimsənilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, R.Hüseynov özünü iş icraçısı kimi təqdim etməklə P.Əsgərovun etibarından sui-istifadə edərək Bakı şəhərində elektrik stansiyasına mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 20 may 2012-ci il tarixdə ondan 1.800 manat məbləğində pul almaqla dələduzluq etmişdir.

     Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda iş üzrə istintaq davam etdirilir.