Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-02
“Veysəloğlu” MMC-nin əməkdaşları barəsində cinayət işi başlanmışdır

     "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət araşdırılmışdır.

     Aparılmış audit yoxlaması ilə cəmiyyətin satış şöbəsinin satış təmsilçiləri Əliyev İlqar Kərəm oğlunun həmin vəzifədə işlədiyi müddət ərzində hesabında 9 min 98 manat, Vəliyev Şamil Vəliyyəddin oğlunun hesabında 9 min 525 manat, Həşimov Fuad Yadigar oğlunun hesabında 5 min 773 manat və Mahmudov Elvin Dadaş oğlunun hesabında 14 min 648 manat - cəmi 39 min 42 manat məbləğində çatışmazlıq aşkar edilmiş və bununla da müəssisənin qanunla qorunan mənafeyinə külli miqdarda ziyan vurulmuşdur.

     Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.