Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-05
Külli miqdarda dövlət əmlakını mənimsəmiş təhsil müəssisəsinin əməkdaşları barəsində cinayət işi başlanmışdır.

     Bakı şəhər sakinlərinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşlarının dövlət əmlakını mənimsəmələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxsləri qabaqcadan razılaşmaqla, 2010-cu ilin may ayından 2012-ci ilin mart ayınadək olan dövrdə ayrı-ayrı orta məktəblərdə, o cümlədən paytaxtın Binəqədi rayonunun 30, 276, 284, 297, 298, 314, Nəsimi rayonunun 1, 5, 8. 9, 11, 35, 42, 46, 54 saylı və digər orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə, habelə həmin təhsil müəssisələrində işləməyən ayrı-ayrı şəxslərin adlarını orta məktəb işçilərinin ümumi siyahısına əlavə etməklə hesablanmış əmək haqlarını onların adlarına alınmış ödəniş kartları vasitəsilə müxtəlif banklara məxsus bankomatlardan ümumilikdə 695.0 min  manat çıxarmaqla külli miqdarda dövlət vəsaitini mənimsəmişlər.

     Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.

      Hazırda iş üzrə istintaq davam etdirilir.