Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-05
Baş Prokurorluğun əməkdaşı Avropa Şurasının Ekspert Komitəsinin iclasında iştirak etmişdir

     İyunun 26-29-da Strasburqda Avropa Şurasının insan orqanları, toxumaları və hüceyrələrinin alverinə qarşı mübarizə üzrə Ekspert Komitəsinin iclası keçirilmişdir.

     Tədbirdə "İnsan orqanlarının alverinə qarşı mübarizə üzrə" Konvensiyasının ilkin layihəsinə dair müzakirələr aparılmaqla sənədin 2-ci oxunuşu yekunlaşmışdır. Layihədə transplantasiya və ya digər məqsədlər üçün insan orqanlarının qanunsuz çıxarılması, onlardan istifadə olunması, insan orqanlarının saxlanılması, daşınması, köçürülməsi, idxalı və ixracına qarşı mübarizə və bu sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsinə dair müddəalar nəzərdə tutulmuşdur.

     İclasda Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Erkin Əlixanov çıxış edərək Azərbaycan Respublikasında bu sahədə qəbul olunmuş normativ-hüquqi aktlar və həyata keçirilmiş tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.