Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-16
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) Yay Akademiyasında iştirak etmişdir

     İyulun 5-14-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) "Təcrübə elmə cavab verir" mövzusunda keçirilmiş Yay Akademiyasında iştirak etmişdir.

     Dünyanın 53 dövlətindən 73 nümayəndənin iştirak etdiyi tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutner, Almaniyanın Antikorrupsiya Layihələri qurumunun rəhbəri Sven Bierman, Böyük Britaniyanın Tisayd Biznes Məktəbinin professoru Alan Doiq, ABŞ-ın Kolgeyt Universitetinin professoru Maykl Conston və digər tanınmış professor və ekspertlər korrupsiyanın qarşısının alınması, yaranma səbəbləri, ona qarşı innovativ mübarizə üsulları, bu sahədə beynəlxalq təcrübə, qabaqlayıcı tədbirlər və bir sıra digər mövzularda məruzələr söyləmiş, korrupsiyaya qarşı mübarizə və preventiv tədbirlər sahəsində yeni metodların istifadəsi ilə bağlı məlumatlar vermişlər.

     Kurslarda tədbir iştirakçıları praktiki tapşırıqların həll olunmasında aktiv iştirak etmiş, konkret mövzular üzrə təqdimatlar keçirilmiş, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılmışdır.

     Yekunda iştirakçılara Yay Akademiyasını müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunmuşdur.