Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-18
Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmiş şəxs barəsində cinayət işi başlanmışdır

     İyulun 13-də Saatlı rayon sakini Rzayev Mirabad Seyidrza oğlunun rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən sonuncuya qarşı zor tətbiq etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edilən tarixdə saat 11-00 radələrində rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında vətəndaşları qəbul edərkən M.Rzayev onun pencəyinin yaxasından və qolundan tutub dartaraq vurmağa cəhd etməklə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmişdir.

     M.Rzayevin barəsində Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     M.Rzayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.