Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-18
Balakən rayonunda azyaşlının ölümü ilə bağlı cinayət işi başlanmışdır

     İyulun 16-da Balakən rayonunun İtitala kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Vahid İbad oğlunun ekskavatorun kovuşunun üstünə düşərək ölməsi barədə Balakən rayon Polis Şöbəsindən daxil olmuş məlumat rayon prokurorluğunda araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, qeyd edilən tarixdə saat 18 radələrində kəndin ərazisindən keçən "Katexçay"ın kənarındakı qum karxanasında Tosov Rəşid Soltanməcid oğlu idarə etdiyi ekskavatorla qum yığarkən ekskavatorun kovuşu çayda çimib qum komasında uzanmış Vahid Hacıyevin üstünə düşmüşdür. Ağır bədən xəsarətləri almış V.Hacıyev hadisə yerində ölmüşdür.

     Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Hazırda iş üzrə istintaq davam etdirilir.