Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2012-07-18
Masallı rayonunda ağır cinayət törətmiş şəxs tutularaq istintaqa cəlb edilmişdir

     İyulun 16-da "Viləşçay" su kanalının Masallı rayonunun Lürən kəndinin kənarından keçən hissəsində kənd sakini 2010-cu il təvəllüdlü Ağayeva Nuray Elmar qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

     Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayonun Lürən kənd sakini 1995-ci il təvəllüdlü İsrafilov Ramil Gülməmməd oğlu tutularaq istintaqa cəlb olunmuşdur.

     İstintaqla müəyyən edilmişdir ki, R.İsrafilov qonşusu N.Ağayevanı kəndin kənarına apararaq onunla qeyri təbii yolla cinsi əlaqədə olduqdan sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək boğmuş və yaxınlıqdan keçən su kanalına atmışdır. Dindirmə zamanı R.İsrafilov törətdiyi əməlləri tam etiraf etmişdir.

     R.İsrafilov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda iş üzrə istintaq davam etdirilir.